Müştəri hüquqları
Alınan məhsulun geri qaytarılması
Müştəri aldığı məhsulu qaytarmaq istəyir. Müştərinin qaytarma səbəbini soruşun və məhsulu geri alın. Qaytarma prosedurlarını (çekin müddətinin 14 günü keçməməsi, qaytarmağa uyğun məhsul olması) izləyərək müştəriyə kömək edin. Məhsulun vəziyyətini yoxlayaraq ( məhsulun zədə almaması) qaytarma tələblərini yerinə yetirin.
Yanlış Məhsul Qiyməti
Müştəri aldığı məhsulun etiketinin yanlış olduğunu bildirir. Filial müdirini və ya müavinini çağırın, müştəridən məhsulu yoxlamaq üçün təqdim etməsini xahiş edin. Müştəri məhsulu gördüyü qiymətə almaq hüququna malikdir və müştəriyə məhsulu rəfdə görüldüyü qiymətə təqdim edin. Yanlışlığı təsdiq etdikdən sonra düzgün etiketi rəfə yerləşdirin. Problemi aidiyyəti şöbəyə bildirin ki, gələcəkdə təkrarlanmasın.
Keyfiyyətsiz Məhsullar
İstifadəyə yararsız, kiflənmiş, rəngi dəyişmiş, ticari görünüşü dəyişmiş məhsullar keyfiyyətsiz məhsullardır. Müştəri keyfiyyətsiz məhsul aldığını bildirir. Müştəridən məhsul haqqında məlumat alın və üzrxahlıq edin. Məhsulun yenisini müştəriyə hədiyyə edərək ödənişini geri qaytarın. Kiflənmiş məhsul barədə aidiyyəti şöbəyə məlumat verin, anbarı və digər məhsulları yoxlayın. Tamstore marketlər şəbəkəsindən əldə etdiyiniz məhsulların içərisində son istifadə müddəti keçmiş məhsul olarsa, kassa ödəniş qəbzini gətirmək şərti ilə, həmin məhsulun yenisini əldə edə bilərsiniz.