Çia toxumunun faydası nədir? Asand və yüngül dessertin hazırlanması
Yayım tarixi: 23.09.2024Çia toxumunun faydası nədir?
Tərkibində lif, zülal, zəngin vitamin və minerallar var. Qlütensiz qida mənbəyi olan çia toxumu ürək sağlamlığı üçün faydalıdır, qan şəkərinin səviyyəsini aşağı salır və həzm sağlamlığını dəstəkləyir. Çia toxumları həm doyurucu, həm də faydalıdır. Çia toxumlarının neytral dadı onu şirin və duzlu yeməklərlə asanlıqla istehlak etməyə imkan verir.
Antioksidant mənbəyi olaraq, çia toxumu iltihabın qarşısını alır, ürək və qaraciyərə qoruyucu təsir göstərir, qocalmanı gecikdirir, sümük sağlamlığını dəstəkləyir, həzm funksiyalarını yaxşılaşdırır, qan şəkərinin səviyyəsini azaldır və çəki nəzarətini təmin edir .
Çia toxumunun faydaları aşağıdakılardır:
1.Çia toxumları trigliserid və qan təzyiqi səviyyələrini aşağı salmağa kömək edir
2.Kalsium mənbəyi olduğu üçün sümük sağlamlığını gücləndirir.
3.Qan şəkərini tənzimləyir və insulin müqavimətindən qoruyur
4.Ürək sağlamlığını dəstəkləyir
5.İmmunitet sistemini gücləndirir
6.Arıqlamağa kömək edir
7.Çia toxumları qanda omeqa-3 yağ turşularının səviyyəsini artırır
8.Həzm funksiyalarını yaxşılaşdırır
9.Narahatlıq və depressiyaya yaxşı təsir edir
10.Xərçəng riskini azalda bilər
İltihabı azaldaraq xroniki xəstəliklərdən qoruyur.
Çia toxumu ilə sağlam bir desert əla fikirdir. Çia toxumları faydalı yağ turşularının, zülalların və bir çox mineralların mənbəyidir. Pəhrizdə belə çay üçün ideal olan şirin puding hazırlamaq üçün bir neçə əlavə kifayətdir.
Çia ilə şokoladlı puding:
1 stəkan badam südü (adi və ya digər bitki mənşəli süddən də istifadə edə bilərsiniz)
1/3 fincan çia toxumu
1,5 xörək qaşığı kakao
2 ç/q ksilitol ( şəkər əvəzedicisi)
2 xörək qaşığı doğranmış badam və təzə qaragilə.
Çia toxumlarını əvvəlcə badam südü ilə isladıb .əkər əvəzedicisini və kakaonu əlavə edib axşamdan qoyursuz soyuducuya.Səhər isə üzərini bəzəyib nuş edirsiz.Bu qədər...hazırlayan hər kəsə nuş olsun!
Bənzər bloqlar

Sosial Media Ünvanlarımız
Gəlin, birlikdə Tamstore-un sosial media ünvanları ilə tanış olaq!
Ətraflı oxu

Kişi Baxımı: Güc, Özünə Diqqət və Xoş Görünüşün Sirri
işi Dərisinin Xüsusiyyətləri necədir? Kişi dərisi qadın dərisindən 20-30% daha qalındır və daha çox kollagen lifləri ehtiva edir. Bu səbəbdən kişi dərisi daha sərt, qalın və elastik olur. Həmçinin, kişilərin dərisi hormonal fərqlərdən dolayı daha çox yağ ifraz edir, bu da yağlı dəri problemlərinə və məsamələrin genişlənməsinə gətirib çıxara bilər.
Ətraflı oxu
