Tamstore yeni region filialını Masallıda açdı!
Yayım tarixi: 20.02.2025
“Tamstore” marketlər şəbəkəsi yeni region filialını Masallıda açaraq müştərilərinə daha yaxın oldu.
14 fevral tarixində keçirilən möhtəşəm açılışda, 2 mindən çox məhsula 65%-ə qədər endirimlər tətbiq edilmişdi. Açılışda tanınmış müğənnilər Talib Tale və Zeynəb Həsəni, eləcə də DJ Niko yer alaraq tədbirə xüsusi rəng qatdılar. Möhtəşəm açılış tədbiri həm yerli sakinlərə, həm də alış-veriş sevənlərə gözəl bir gün yaşatdı. Yeni filialda müştərilər həm yüksək keyfiyyətli, həm də sərfəli qiymətli məhsulları tapa bildilər. Tamstore, müştəri məmnuniyyətini ön planda tutaraq alış-veriş təcrübəsini daha da rahat və sərfəli edir.
Açılışda tətbiq edilmiş endirimlər, gənc və dinamik müştəri kütləsinin marağını cəlb edərək, onların rahat və sərfəli alış-veriş etməsinə şərait yaratmışdır. Açılışa gələn insanların dəvət edilən məşhurlar ilə şəkil çəkdirməsində tərəfimizdən şərait yaradaraq xüsusi diqqət göstərilmişdir.