"Tamstore" 2025-ci ili 86 filial ilə başa vurdu.

Yayım tarixi: 05.01.2026

"Tamstore" 2025-ci ili ümumilikdə 86 filial ilə başa vurdu.

 

2025-ci ilin yekunu bizim üçün necə oldu?
-Market sayımızı 86-a çatdırdıq. Bakı, Sumqayıt və Abşeron yarımadasında 58, Naxçıvan və Xankəndidə hər birində 2, regionlarda isə 25 filial müştərilərin xidmətinə açıldı. 
-Əməkdaş sayımızı 3600-ə çatdırdıq. 
-120-dən çox endirim kampaniyası keçirdik. 

- Öz markalarımızı yaratdıq.
-Yeni məhsullar idxal etdik. 

-Meyvə-tərəvəzi maya dəyərinə təklif etdik.
-Yerli və keyfiyyətli ətlə müştəriləri təmin etdik
-Günlük minlərlə müştəriyə xidmət göstərdik

 

Tamstore xidmət şəbəkəsini ölkənin müxtəlif bölgələrinə çatdırıb. Bu açılışlar, həmçinin regionlarda iqtisadi inkişafın dəstəklənməsi və yerli iş gücünün artırılmasına da töhfə verib.

Tamstore, 2024-cü ildən müştəri məmnuniyyətini ön planda tutaraq, yüksək keyfiyyətli məhsul və xidmətlərlə bazarda daha güclü mövqeyə sahib oldu. Şirkətin bu ilin sonunda əldə etdiyi uğurlar, müştərilərinə daha geniş seçim imkanı və rahat alış-veriş təcrübəsi təqdim etmək üçün atdığı mühüm addımlardan biridir.
 

Bu nailiyyətlər, Tamstore-un gələcəkdə daha da irəliləməsi və sektorda liderliyini qoruyub saxlamağa davam edəcəyini göstərir. 2025-ci ildəki uğurlar, şirkətin uzunmüddətli inkişaf strategiyasının müsbət nəticələrini ortaya qoyur.