"Tamstore" 2024-cü ili ümumilikdə 51 filial ilə başa vurdu.

Yayım tarixi: 21.01.2025

Şirkət, 2024-cü ili ümumilikdə 51 filial ilə başa vurdu. Bu, Tamstore-un bazarda genişlənməsi və müştərilərə daha yaxın olmaq istiqamətindəki uğurlu addımlarını nümayiş etdirir.
 

Bakı şəhərində 28 yeni filial açılaraq, paytaxtda müştərilərə daha rahat xidmət göstərilməsi təmin edilib. Həmçinin, 9 filial rayonalarda fəaliyyətə başlayaraq, Tamstore-un xidmət şəbəkəsini ölkənin müxtəlif bölgələrinə çatdırıb. Bu açılışlar, həmçinin regionlarda iqtisadi inkişafın dəstəklənməsi və yerli iş gücünün artırılmasına da töhfə verib.
 

Tamstore, 2024-cü ildə müştəri məmnuniyyətini ön planda tutaraq, yüksək keyfiyyətli məhsul və xidmətlərlə bazarda daha güclü mövqeyə sahib oldu. Şirkətin bu ilin sonunda əldə etdiyi uğurlar, müştərilərinə daha geniş seçim imkanı və rahat alış-veriş təcrübəsi təqdim etmək üçün atdığı mühüm addımlardan biridir.
 

Bu nailiyyətlər, Tamstore-un gələcəkdə daha da irəliləməsi və sektorda liderliyini qoruyub saxlamağa davam edəcəyini göstərir. 2024-cü ildəki uğurlar, şirkətin uzunmüddətli inkişaf strategiyasının müsbət nəticələrini ortaya qoyur.