Azərbaycan xalq mədəniyyətində müxtəlif ənənəvi fallar insanların həyatına dair gələcək proqnozları və maraqlı inancları əks etdirir.
Yayım tarixi: 17.03.2025Azərbaycan xalq mədəniyyətində müxtəlif ənənəvi fallar insanların həyatına dair gələcək proqnozları və maraqlı inancları əks etdirir. Bu fallar, həm də insanların gündəlik həyatda qarşılaşdıqları qərarlarla bağlı bəzən əyləncəli bir yön verir.
Qapı pusmaq
Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər.
Duzlu kökə yemək
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatmaq lazımdı. Su içmək olmaz. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. (Nişanlı qızın üzüyü olmalıdır) Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.
Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini görərsə, bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur, mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.
Yumurta və karandaşlar
Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və qırmızı karandaş qoyulur və arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt olur. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir əgər qara çəkilibsə yerinə yetməyəcək.
Alma falı
Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və yuxuda qismətini görürsən.
Bənzər bloqlar

Kişi Baxımı: Güc, Özünə Diqqət və Xoş Görünüşün Sirri
işi Dərisinin Xüsusiyyətləri necədir? Kişi dərisi qadın dərisindən 20-30% daha qalındır və daha çox kollagen lifləri ehtiva edir. Bu səbəbdən kişi dərisi daha sərt, qalın və elastik olur. Həmçinin, kişilərin dərisi hormonal fərqlərdən dolayı daha çox yağ ifraz edir, bu da yağlı dəri problemlərinə və məsamələrin genişlənməsinə gətirib çıxara bilər.
Ətraflı oxu

Ağız Boşluğu və Diş Baxımı: Sağlam Gülüşün Sirlərini Kəşf Edin
Ağız boşluğu yalnız gözəl gülüşün açarı deyil, həm də bədənin ümumi sağlamlığının vacib bir hissəsidir. Dişlər, diş ətləri, dil və ağız daxilində olan digər toxumalar düzgün qulluq edilmədikdə müxtəlif problemlərə yol aça bilər. Buna görə ağız boşluğu və diş baxımı gündəlik həyatımızda xüsusi yer tutmalıdır.
Ətraflı oxu
