"Tamstore" 70-ci filialını açdı!

Release date: 14.08.2025

2025-ci il 14 avqust tarixində "Tamstore" marketlər şəbəkəsi 70-ci filialını açdı!
 

"Tamstore" marketlər şəbəkəsi sürətlə böyüməyə davam edərək 70-ci filialını müştərilərin xidmətinə verdi. Qeyd edilən filiallardan 43-ü Bakı şəhərində, 17-i isə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir. Həmçinin, Sumqayıt ərazisində 6, Xırdalan şəhərində isə 4 filialımız fəaliyyət göstərir. Regionlarda - Naxçıvanda 1, Şərurda 1, Ağdaşda 2, Mingəçevirdə 3, Şəmkirdə 1, Bərdədə 1, Göytəpədə 1, Masallıda 1, Salyanda 1, Ağstafada 1, Hacıqabulda 1, Qazaxda 2, Ağcabədidə 1 filialımız fəaliyyət göstərir.


Şirkət hər zaman müştəri məmnuniyyətini ön planda tutaraq keyfiyyətli məhsulları münasib qiymətə təqdim etməyi əsas məqsəd seçib. 70-ci mağaza Bakı şəhərinin Yeni Yasamal qəsəbəsində (Dadaş Bünyadzadə küç 11) fəaliyyətə başladı.


Açılışa özəl müştərilər üçün 2000-dən çox məhsula 65%-dək endirimlər tətbiq edilmişdi. Həmçinin, açılış mərasimində DJ iştirakı tədbiri daha rəngarəng və əyləncəli edib.


Tamstore – Tam istədiyiniz market!